Logo

MİQ üzrə test imtahanı mərhələsi başlandı - YENİLƏNİB

11.07.2023 09:56 869 baxış
IMG

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

İmtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.

58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

08:39

Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 58 000-ə yaxın namizəd dəvət olunub.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, MİQ üzrə 9 mindən artıq vakant yer var. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Xəbər lenti