Logo

"Tələbələr məzun edilir, diplom verilir, təkrar sertifikasiyaya cəlb olunur"

11.07.2023 09:42 731 baxış
IMG

"Elm və Təhsil Nazirliyi bildirir ki, bəzi müəllimlər hansısa sözü yaza bilmir və ya çubuqlu bölməni edə bilmir. Əgər biz bütün acı həqiqətləri demək istəyiriksə, onda  nazirlik desin görək, bu tələbələr hansı universitetləri bitiriblər, onlar da bundan nəticə çıxarsınlar".

Tehsil.biz xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov bildirib 

Millət vəkili qeyd edib ki, universitetlərdən tələbələr məzun edilir, diplom verilir, təkrar onlar sertifikasiyaya cəlb olunur:

"Bizim həm vaxtımız, həm enerjimiz, həm də dövlətin vəsaiti gedir. Hesab edirəm, bu prosesə paralel olaraq universitetlərdə təhsilin keyfiyyəti və məzmunu qaldırılmalıdır. Artıq elə bir sistem qurmalıyıq ki, universitetlər məktəblərimiz üçün sağlam, bilikli kadrlar yetişdirsin və onların da təzədən sertifikasiyaya cəlb olunmasına ehtiyac olmasın. Artıq o mərhələyə gəlməliyik ki, universitetlər normal, bilikli, savadlı mütəxəssislər yetişdirə bilsinlər".

Xəbər lenti