Logo

"Regionlara getmək istəyən müəllim namizədlərin sayı ildən-ilə artır"

10.07.2023 15:22 530 baxış
IMG

"Bu gün üçün rayon və paytaxt məktəblərini seçmək istəyən müəllimlər arasında ciddi fərq yoxdur".

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, regionlara getmək istəyən müəllim namizədlərin sayı ildən-ilə artır.

N.İsmayılbəyli qeyd edib ki, sabah baş tutacaq müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələləri üçün 29 imtahan mərkəzi ayrılıb:

“Bölgə və saat fərqi olmadan namizədlər eyni aynda eyni suallara cavab verəcəklər”.

Xəbər lenti