Logo

II ixtisas qrupu üzrə imtahanın nəticələri iki həftə ərzində elan olunacaq

09.07.2023 16:01 237 baxış
IMG

Bu gün keçirilən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinin məlum olacağı vaxt bilinib.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xəbər lenti