Logo

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə şəbəkələşmə görüşü keçirilib - FOTO

08.07.2023 18:52 203 baxış
IMG

İyulun 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə rəhbər şəxslərinin şəbəkələşmə görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, ADA Universitetində keçirilən görüş əcnəbi tələbələrin cəlbi ilə bağlı təcrübə mübadiləsi məqsədilə təşkil olunub.

Görüşdə Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Milli Erasmus+ ofisi, eləcə də 32 ali təhsil müəssisəsinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov və ADA Universitetinin Tələbə qəbulu və qeydiyyat şöbəsinin müdiri Günay Ziyadova açılış nitqi ilə çıxış ediblər.

Daha sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov əcnəbi tələbələrin Azərbaycanda təhsilinə dair təqdimatla çıxış edib.

Odlar Yurdu Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Fəxrəddin Məmmədov və Xəzər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Vlad Verniqora da qeyd edilən mövzuda təcrübələrini bölüşüblər.

Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Xəbər lenti