Logo

UNEC Biznes Məktəbinin MBA proqramı 29 ixtisas üzrə qəbul elan edir

08.07.2023 15:34 267 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin MBA proqramı əmək bazarında ən çox tələb olunan 29 ixtisas üzrə qəbul elan edir. Proqram üzrə təhsil 2 ildir.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, Biznes Məktəbində təhsil alan magistrantlar ABŞ-ın Linkoln Universiteti, İsveçrənin UBIS, Fransanın Monpelye və Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə ikili diplom proqramında, eləcə də mübadilə proqramlarında iştirak edə bilərlər.

MBA proqramının “Mühasibat uçotu” ixtisaslaşması üzrə təhsil alan magistrantları ACCA kvalifikasiyası üzrə bütün fundamental fənlərdən (F1-F9) azad olunurlar.

UNEC Biznes Məktəbi EFMD (European Foundation for Management Development, Bussines School Accreditation) təşkilatının tamhüquqlu üzvüdür. Təşkilatın əhatə dairəsinə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla 81 ölkədən 800-dən artıq akademik təşkilat, biznes, dövlət xidməti və məsləhət xidməti qurumları daxildir. EFMD təşkilatının “HIGHERED – Global Talent Network” işədüzəlmə şəbəkəsi magistrantların ölkə hüdudlarından kənarda işlə təmin edilməsi üçün real imkanlar yaradır. Magistrantlar qeydiyyatdan keçərək bu fürsətdən yararlana bilərlər.

Xəbər lenti