Logo

Xarici universitetlərə qəbulla bağlı vebinar keçiriləcək

08.07.2023 13:01 227 baxış
IMG

İyulun 12-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində “Xarici universitetlərə qəbulun əldə edilməsi” adlı vebinar keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Dövlət Proqramı İdarəetmə Qrupundan məlumat verilib.

Vebinarda iştirak etmək üçün linkə daxil olaraq iyulun 11-dək qeydiyyatdan keçmək lazımdır.

Vebinar “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.

Xəbər lenti