"Əvvəllər məktəblərimizdə təlim emalatxanaları, fənn kabinələri, əmək vərdişlərini aşılayan dərnəklər, hətta təmir-istehsalat birlikləri fəaliyyət göstərər və şagirdlər burada əmək vərdişlərinə yiyələnər, paltar tikməyi, yeməklər hazırlamağı, bağ salmağı, ağac, gül əkməyi, meyvə yetişdirməyi, ev heyvanlarına qulluq etməyi, şüşə salmağı, döşəmə vurmağı, hətta kənd təsərrüfatı maşınlarını idarə etməyi belə öyrənərdilər".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, indi bunların əksəriyyəti yoxdur:
"Məktəb əmək vərdişləri aşılamaq funksiyasını yalnız sözlə yerinə yetirir. Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərimizdə şagirdlərə əmək vərdişlərinin aşılanması, praktiki olaraq əməyin insan həyatında, cəmiyyətin inkişafında oynadığı rolun təbliğ edilməsi yarıtmaz vəziyyətdədir. Ölkənin əksər məktəbində təlim emalatxanaları yoxdur, şagirdlərə əmək vərdişləri yalnız nəzəriyyə şəklində aşılanır".
Mərcanə Əsədova