"Qızların çoxu humanitar sahələrə üstünlük verir".
Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə ekspert Nadir İsrafilov deyib.
Onun fikirlərinə görə, əsasən də müəllimlik peşəsi üstünlük təşkil edir:
"Azərbaycan Dövlət Pedaqoji Universitetə getdikdə görürsən ki, çoxu qız tələbələrdir. Bu, həmişə belə olub. Yəni hər hansısa bir ziyalı cəhəti yoxdur. Bizdə müəllimlərin sayı tələbatdan 3 dəfə artıqdır. O qədər müəllimə ehtiyac yoxdur. Amma yenə də müsabiqə keçirilir və lazımi balı toplayanlar müəllimlik fəaliyyətinə başlayır”.