Logo

"Müəllimlərin işə qəbulunu Dövlət İmtahan Mərkəzi keçirsin" - TƏKLİF

07.07.2023 11:46 898 baxış
IMG

"Müəllimlərin işə qəbulu 1992-2002-ci illərdə məktəb direktorları tərəfindən həyata keçirilirdi. Nazirlik məktəb direktorlarının bu işinin nəticəsindən "narazı" qalıb, prosesi təhsil şöbəsinə etibar etdi. Lakin təhsil şöbələrinin bu işi də nazirliyi "razı" sala bilmədi. Nazirlik təhsil şöbələrinin işindən elə həddə "narazı" qalıb ki, Bakı şəhəri üzrə bütün təhsil şöbələrini ləğv etdi, ölkə üzrə müəllimlərin işə qəbulu kimi ağır və "məhsuldar" işi öz əlinə alıb. Halbuki onun əsas vəzifəsi ölkədə təhsil islahatları aparmaq idi".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti İlham Əhmədov deyib.

O qeyd edib ki, artıq 13-14 ildir müəllimlərin işə qəbulunu Elm və Təhsil Nazirliyi aparır:

"Son illər işə qəbul edilən müəllimlərin də arasında sertifikasiyadan aşağı nəticə göstərənlər az deyil. Deyəsən heç nazirlik də təhsil şöbəsi kimi keyfiyyətli kadr seçə bilmir. Bəlkə söz-söhbətlər kəsilsin deyə dövlət qulluqçuları kimi müəllimlərin də işə qəbulunu Dövlət İmtahan Mərkəzi (DİM) keçirsin? Bəziləri deyirlər ki, sertifikasıyanın məqsədi MİQ üçün fasiləsiz olaraq yeni vakant yerlərin yaradılmasına xidmət edir, bu məqsədlə ilbəil suallar da qəlizləşdirilir. Müəllimlərin də işə qəbulunu DİM aparsa, yəqin ki, nazirlik müəllimlərin sertifikasıya imtahanlarını aparmağa daha həvəsli olmayacaq. Həm də nazirlik nəhayət ki, əsl missiyası ilə, yəni, elm və təhsil sahəsində islahatlar aparmaq, 1 il ərzində nəhayət ki, özünə əsasnamə hazırlamaq, tərkibində olan agentliklərin yaradılması haqqında da düşünərdi".

Kənan Nağıbəyli

Xəbər lenti