"Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqlarında 3 dəfədən çox artım olub".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2022-ci ilin yanvar və sentyabrında, 2023-cü ilin isə fevral və sentyabrında müəyyən artımlar olub.
"Yəni iki ildə əməkhaqqında 4 dəfə artıma doğru dəyişiklik olub", - nazir qeyd edib.