Logo

Direktor və direktor müavinləri sertifikatlaşdırılmadan keçəcək? - RƏSMİ

05.07.2023 13:24 517 baxış
IMG

"Hazırda direktor və direktor müavinlərinin sertifikatlaşdırılması nəzərdə tutulmur".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, prioritet olan məsələ 140 minə yaxın müəllimin sertifikatlaşdırma prosesinə cəlb edilməsidir.

"Yalnız bundan sonra bu məsələyə baxmaq olar", - şöbə müdiri qeyd edib.

E.Bağırov bildirib ki, ötən ay ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılması prosesi baş tutdu:

"Yaşı 60-a qədər olan müəllimlər prosesdə iştirak etdilər. Sertifikatlaşdırma davamlı prosesdir və növbəti illərdə də keçirilməsi nəzərdə tutulur. 60 yaşdan yuxarı müəllimlərin sertifikatlaşdırma prosesində iştirakı qanunvericiliyə uyğun təşkil ediləcək”.

Xəbər lenti