Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində iyul ayı üçün regionlara qastrol səfərləri təşkil edilir.
Bu barədə "Tehsil.biz"ə nazirlikdən bildirilib.
Qeyd olunub ki, bu çərçivədə Gəncə Dövlət Kukla Teatrının kollektivi iyulun 5-i saat 15:00-da Mingəçevir Dövlət Dram Teatrında “Zınqırovlu pişik” tamaşasını nümayiş etdirəcək.