Logo

Xaricdə təhsil alan 115 nəfərin diplomu tanınmadı - STATİSTİKA

04.07.2023 11:32 300 baxış
IMG

İyun ayı üzrə 462 müraciətçinin 347-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 115 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə "Tehsil.biz"ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 112, dövlət nümunəli olmayan diplom səbəbilə 2, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 201, Rusiya Federasiyasından 152, Gürcüstandan 69, Türkiyə Respublikasından 23, Birləşmiş Krallıqdan 3, digər ölkələrdən isə 14 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 64, menecment üzrə 59, maliyyə üzrə 57, mühasibat üzrə 19, bizensin idarə edilməsi üzrə 17 müraciətçi qeydə alınıb.

Xəbər lenti