Logo

"Azərbaycan seysmoloji zonada yerləşir, binalar tikilərkən nəzərə alınmalıdır"

04.07.2023 11:30 493 baxış
IMG

"Azərbaycan seysmik zonada yerləşir və buna görə zəlzələlərin olması normaldır".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.

Professor qeyd edib ki, son zamanlar Azərbaycanda güclü zəlzələlərin baş verəcəyi haqda söz-söhbətlər yayılır:

"Kim deyir ki, Azərbaycanda zəlzələ olmayacaq? Ola bilər. Azərbaycan seysmoloji zonada yerləşir və buna görə binalar tikilərkən bu nəzərə alınmalıdır. Ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır".

Kənan Nağıbəyli

Xəbər lenti