"Millət vəkili kimi elm və təhsil naziri Emin Əmrullayevə sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş müəllimlərimizin əməyinin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsi üçün rəsmi sorğu göndərdim. Təhsil sahəsində aparılan islahatlara uyğun olaraq Elm və Təhsil Nazirliyi tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, son günlər bizə olan yüzlərlə müraciətlər göstərir ki, sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əməkhaqqı artımları üzrə faizlərin tam differensial öçlülməsi vacibdir".
Tehsil.biz xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.
Deputat sertifikatlaşdırılmada iştirak edən müəllimlərin əmkhaqları ilə bağlı bir neçə təklif irəli sürüb:
"Mövcud qaydalar ilə sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əməkhaqqı artımından faydalana bilir. Digər tərəfdən, sualların hammısını cavablandıranla 51 doğrusu olanın da əməkhaqqı artımı eynidir. 51 suala düzgün cavablandıran müəllim 35 faiz artımdan yararlanlandığı halda cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqun əməkhaqqında 10 faiz artım hesablanır. Təklif etmək istərdik ki, əməkhaqqı artımı 30-35 bal arası nəticəsi olan müəllimlər üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 55-60 arası nəticəsi olanlar üçün 40 faiz hesablansın. Bu, əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər. Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğu və təkliflərimizə diqqətlə yanaşdıqları üçün inanırıq ki, sertifikasiya sisteminin təkimilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olacaq".
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı və müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək. Əlavələr sentyabr ayından tətbiq olunacaq.
Kənan Nağıbəyli
Həmçinin oxuyun: Nazirdən zəlzələ ilə bağlı maraqlı paylaşım - FOTO