Logo

Opera və Balet Teatrı müsabiqə elan edib

04.07.2023 09:36 365 baxış
IMG

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrin genişləndirilməsi məqsədilə müsabiqə elan edib.

Tehsil.biz xəbər verir ki, teatrdan verilən məlumata görə, müsabiqə iyulun 5-dən 9-dək keçiriləcək.

Müsabiqədə birinci və ikinci skripkalar iyulun – 5-6-da, alt, violonçel və kontrabaslar iyulun 7-də, taxta nəfəs alətləri iyulun 8-də, mis nəfəs alətləri, zərb alətləri, arfa və fortepiano iyulun 9-a iştirak edəcəklər.

Qeyd edək ki, sənədlər iyulun 1-dən yalnız elektron qaydada [email protected] qəbul edilir. Müsabiqə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək

Xəbər lenti