Logo

Qurban Yetirmişli: “Daha güclü zəlzələnin olma ehtimalı yoxdur”

04.07.2023 01:36 465 baxış
IMG

“Daha güclü zəlzələnin olma ehtimalı yoxdur”.

Tehsil.biz xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Afterşokların davam edəcəyini qeyd edən Qurban Yetirmişli yenidən zəlzələnin baş verəcəyi barədə xəbərlərin şayiə olduğunu bildirib.

Xatırladaq ki, iyulun 4-ü yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Xəbər lenti