Bu gün Mədəniyyət Nazirliyində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Film Fondunun direktoru, professor Cəmil Quliyevlə görüş keçirilib.
Bu barədə "Tehsil.biz"ə nazirlikdən bildirilib.
Mədəniyyət naziri Adil Kərimli 60 illik yubileyi münasibətilə rejissora Mədəniyyət Nazirliyinin kollektivinin və ölkəmizin mədəniyyət ictimaiyyətinin təbriklərini çatdırıb.
Cəmil Quliyev fəaliyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.