Logo

Sabah lisey və gimnaziyalar üçün seçimlər başa çatacaq

03.07.2023 18:09 417 baxış
IMG

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər davam edir.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, lisey seçimi 4 iyul saat 16:00-da başa çatacaq.

Lisey seçimi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az/login) vasitəsilə həyata keçirilir. Valideynlər şəxsi kabinetə daxil olaraq "İmtahanlar" bölməsindən imtahan nəticələri ilə tanış ola və lisey seçimi edə bilərlər. Bu mərhələdə namizədlərə 3 lisey seçimi təqdim olunur. Hər 3 seçimi etmək zərurəti yoxdur.

Qeyd edək ki, iyulun 4-dək valideynlər tərəfindən lisey seçimləri, həmçinin seçilən liseylərin ardıcıllığı dəyişdirilə və yenilənə bilər. Nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.

Xəbər lenti