Logo

Xaricdə orta tibb təhsili alan şəxs diplomun təsdiqi ilə bağlı hara müraciət etməlidir?

03.07.2023 17:35 274 baxış
IMG

Xarici ölkələrdə orta tibb təhsili alan şəxslər diplomun təsdiqi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etməlidirlər.

Tehsil.biz xəbər verir ki, ali tibb təhsili alan şəxslər ilk olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində diplomun ekvivalentliyini müəyyənləşdirdikdən sonra Səhiyyə Nazirliyinə müraciət etməlidirlər.

Qeyd edək ki, xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, tibb və əczaçılıq işçilərinin Azərbaycanda praktik tibb fəaliyyətinə buraxılması üçün müraciətlər Səhiyyə Nazirliyinin internet saytında (www.health.gov.az) yerləşən “Elektron xidmətlər” bölməsi üzrə qəbul olunur. Bununla bağlı həmin xidmətdən istifadə edərək elektron müraciət olunmalıdır.

Xəbər lenti