Logo

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTO

03.07.2023 09:59 380 baxış
IMG

İyunun 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Tehsil.biz xəbər verir ki, konsertdə dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə solistlər - beynəlxalq müsabiqələr laureatı Theodosia Ntokou (piano, Yunanıstan) və Azərbaycan Respublikasının Əməkdar artisti Səbinə Əsədova (mezzo-soprano, Azərbaycan) öz çıxışlarını dinləyicilərə təqdim ediblər.

Proqramda L.V.Beethovenin Piano və orkestr üçün c-moll Konserti (op. 37, №3), G.Faurénin “Pelléas et Mélisande” süitası (op. 80, Bakıda ilk ifa), M.Ravelin “Şəhrizad” vokal silsiləsi (mezzo-soprano və orkestr üçün 3 poema) və “Vals” xoreoqrafik poeması səslənib.

Xəbər lenti