Logo

“Titanik” sərnişininin məktubu hərracda 12 min dollara satılıb

02.07.2023 11:24 235 baxış
IMG

“Titanik” sərnişinin göyərtədə yazdığı məktub Uruqvayda keçirilən hərracda 12 min dollara satılıb.

"Tehsil.biz"in TASS-a istinadən məlumatına görə, 11 aprel 1912-ci il tarixli məktubu uruqvaylı Ramon Artaqveytia Qomez qardaşına yazıb.

Məktub “Titanik”in Atlantik okeanını keçməzdən əvvəl son dayanacağını etdiyi İrlandiyadan göndərilib. Üç gün sonra gəmi qəzaya uğrayıb və məktubun müəllifi həlak olub.

Xəbər lenti