Logo

Milli Kitabxanada Ziyadxan Əliyevin 75 illiyinə həsr edilən sərgi təqdim olunub

01.07.2023 16:04 433 baxış
IMG

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevin 75 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual və ənənəvi sərgilər hazırlanıb.

Tehsil.biz xəbər verir ki, bu haqda itabxanadan bildirilib.

Virtual sərgidə Ziyadxan Əliyevin fotoları, məqalələri, müəllifi və redaktoru olduğu, ön söz yazdığı kitablar, onun haqqında məqalələrin dərc olunduğu nəşrlər, ənənəvi sərgidə isə mövzu ilə əlaqədar Milli Kitabxananın fondunda mühafizə olunan kitablar nümayiş olunur.

Qırx ildən artıq elmi yaradıcılıqla məşğul olan Ziyadxan Əliyev yerli və beynəlxalq mətbuatda dərc olunan çoxsaylı elmi məqalələrin müəllifidir. O, sənətşünaslıq sahəsinə hələ tələbəlik illərində “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görən "Şamaxının memarlıq abidələri” adlı ilk məqaləsi ilə qədəm qoyub.

Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən çağdaş Azərbaycan təsviri sənəti nümayəndələrinin əksəriyyətinin tanınmasında Ziyadxan Əliyevin rolu böyükdür. Onun ilk uğuru kimi 1989-cu ilin iyulun 5-də indiki Azərbaycan Milli İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı...” adlı sərgini təşkil etməsini qeyd edə bilərik. Bu, sözün əsl mənasında Azərbaycan incəsənətində böyük bir tarixi hadisə idi. Ziyadxan Əliyev, eyni zamanda, təsviri sənətlə yanaşı, dekorativ-tətbiqi sənətə aid özünəməxsus dəst-xətlə yazılmış bir neçə kitabın müəllifidir.

Xəbər lenti