Logo

Yarışda 5 min manat qazanan müəllim vəfat etdi

30.06.2023 21:04 3159 baxış
IMG

Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli məktəbin tarix müəllimi, jurnalist Rəna Məmmədova vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu haqda sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, R.Məmmədova bu gün dünyasını dəyişib.

Mərhumun ölümünə səbəbin təzyiq olduğu bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Rəna Məmmədova İTV-də yayımlanan "Milyonların şousu"nda iştirak etmiş, həmin yarışmada 5 min manat qazanmışdı.

Xəbər lenti