Logo

"Sertifikasiya nəticələrinə əsasən maaş artımı üzrə faizlərin tam differensial ölçülməsi vacibdir"

27.06.2023 13:19 3120 baxış
IMG

"Sertifikasiya imtahanlarından sonra əməyin differensial qiymətləndirilməsi ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq bildirmək istərdik ki, maaşların artımı sisteminin daha da təkmilləşdirilməsi vacibdir".

Tehsil.biz xəbər verir ki, bunu deputat Vüqar Qurbanov bildirib.

Millət vəkili qeyd edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir:

"Bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əməkhaqqı artımları üzrə faizlərin tam differensial ölçülməsi vacibdir. Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir. Təklifimiz differensial intervalları daha da genişləndirməklə bağlıdır. Praktik olaraq 50 bal yığmış müəllimin əməkhaqqı artımı 30 bal yığmış müəllim ilə eynidir. Yəni sualların 83.3 faizini düzgün cavablandıran müəllim 50 faiz doğrusu olanla eyni, yəni 10 faiz əlavə artımdan faydalana bilir. Digər tərəfdən, sualların hammısını cavablandıranla 51 doğrusu olanın da əməkhaqqı artımı eynidir".

V.Qurbanov əməkhaqqı artımının 30-35 bal arası nəticəsi olan müəllimlər üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 50-60 arası nəticəsi olanlar üçün 40 faiz olmasını təklif edir.

Deputat bu təklifin əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola biləcəyini hesab edir.

Mərcanə Əsədova

Xəbər lenti