Logo

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin nəticələri AÇIQLANDI

25.06.2023 17:46 4153 baxış
IMG

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanı nəticələri ilə tanış ola bilərlər.

Nəzərinizə çatdırırıq ki, sertifikatlaşdırma prosesinin apellyasiya müraciətləri elektron qaydada həyata keçiriləcək. Təhsilverənlər qanunvericiliyin tələblərinə müvafiq olaraq 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər.

Xəbər lenti