Logo

Uşaq musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı açıqlanıb

24.06.2023 16:39 416 baxış
IMG

Dövlət İmtahan Mərkəzi Mədəniyyət Nazirliyi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, imtahan iyulun 16-da təşkil olunacaq. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında iyunun 24-ü saat 15:00-dan iyulun 6-sı saat 17:00-dək həyata keçirilir.

Namizədlər qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Xəbər lenti