Logo

"Yüzlərlə potensiallı gəncə nüfuzlu universitetlərdə təhsil almaq imkanı yaradılıb"

24.06.2023 14:05 239 baxış
IMG

"ABŞ-nin Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasındakı ikili diplom proqramı onlarla gəncimizə ən yaxşı təhsil imkanlarından faydalanmaq fürsəti verir".

"Tehsil.biz"in məlumatına görə, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev iyunun 23-də keçirilən ADPU-CVU ikili diplom magistr proqramının ikinci məzun buraxılışı tədbirindəki çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu proqram üzrə ümumilikdə 130-a qədər gəncimizin təhsil siyasəti və idarəçiliyi sahəsində beynəlxalq səviyyəli mütəxəssislər kimi yetişdirilməsi gözlənilir:

"Son bir neçə ildə Azərbaycan universitetləri ilə xarici universitetlər arasında ikili diplom proqramlarının icrası nəticəsində yüzlərlə potensiallı gəncə ölkəni tərk etmədən dövlət hesabına nüfuzlu universitetlərdə təhsil almaq imkanı yaradılıb".

Kənan Nağıbəyli

Xəbər lenti