Logo

Uşaqların asudə vaxtının səmərəli təşkili üçün nə etməli? - AÇIQLAMA+FOTO

23.06.2023 12:49 422 baxış
IMG

"2000-ci ilin əvvəllərinə qədər uşaqların asudə vaxtının səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yay düşərgələri təşkil edirdi. Müəyyən müddətdən sonra isə belə düşərgələrin təşkili bu dövlət qurumlarının balansından da çıxarıldı".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, ali təhsil ocaqları üçün demək olar ki, bu məsələ həll olunub:

"Universitetlərin özlərinin ayır-ayrı bölgələrdə yay istirahət mərkəzləri var. Məsələ ilə bağlı bir müddət əvvəl Həmkarlar Konfederasiyası, sonra isə keçmiş Mədəniyyət və Turizm Nazirliyi belə bir məsələ qaldırıb. Parlamentdə məktəb turizminin inkişaf etdirilməsi məsələsinin müzakirə olunacağı barədə də xəbərlər də yayılmışdı. Hətta qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşməli idi. Sənəddə uşaq istirahəti üzrə dövlət standartlarında "Uşaq istirahəti yerlərinin tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili üçün zəruri olan inventar və avadanlıqla, uşaq əyləncə vasitələri ilə təminatı normativləri", “Uşaq istirahət yerlərinin ərazisində uşaqların istirahət üçün yerləşdirilməsi normativləri”, “Uşaqların fizioloji tələbatlarına uyğun qida ilə təmin edilməsi normaları” və s. nəzərdə tutulurdu. Ancaq hələlik ortada bir mexanizm yoxdur, təşəbbüs kimi qalır. Hətta bu işin özəl şirkətlərə həvalə edilməsi təklif olunur".

Xəbər lenti