Logo

LANDAU məktəbliləri mükafatlandırılıb - FOTO

23.06.2023 11:24 178 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “LANDAU School Local Curriculum” şagirdlərinin mükafatlandırılma mərasimi keçirilib.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, mərasimdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb. Rektor qeyd edib ki, BANM şagirdlərin uğurlarının mükafatlandırıldığı bu cür tədbirlərə ev sahibliyi etməkdən məmnundur.

Qeyd edək ki, “LANDAU School”un Azərbaycan və rus bölmələrinin şagirdləri cari tədris ilinin oktyabr ayından etibarən ilk dəfə yerli və beynəlxalq olimpiadalara qoşulublar. Bu müddət ərzində onlar SASMO, AMO, FISO, ölkə üzrə ilk dəfə keçirilmiş “Ana dilim”, həmçinin riyaziyyat və ingilis dili üzrə olimpiadalar olmaqla, 10-a yaxın bilik yarışmasında iştirak ediblər. Ümumilikdə 250 şagird olimpiadalarda mükafatlandırılıb. Qaliblərin bəziləri bir neçə mükafat qazanıb.

Xəbər lenti