Bakıda tələbə dənizdə batıb.
Tehsil.biz xəbər verir ki, Azərbaycan Texniki Universitetinin tələbəsi Samir Əhədli Buzovna dənizində boğularaq dünyasını dəyişib.
S.Əhədli AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi olub.
Qeyd edək ki, 22 yaşlı tələbə Zərdab rayonunun sakini olub. Samir Əhədli iyunun 20-də Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə batıb. Onun nəşi iyunun 23-ü səhər saatlarında FHN xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
