Logo

"Bu, 60 yaşdan yuxarı şəxslərdə məsuliyyəti artırar”

22.06.2023 17:39 288 baxış
IMG

“Bəzi müəssisələrdə təqaüd yaşına çatmış işçilərin çalışma müddəti 1 ildən artıq da uzadılır. Bura elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisələr daxildir".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

"Belə çıxır ki, müəllim həmin 5 illik müddəti daha 5 il artıq aşa bilər və köhnədənqalma ehtiyat bazası ilə daha iki beşillik müddətində işləyə bilər. Belə müəllimlərimizin sayı o qədər də az deyil. Bu halda yeganə çıxış yolu həmin müəllimləri işdə saxlamaq, lakin sonrakı 5 illikdə əməkhaqlarına diferensial yanaşmaqdır. Belə bir yanaşma 60 yaşdan yuxarı olan şəxslərdə arxayınlıq hissini aradan qaldırar, məsuliyyət hissini isə bir o qədər artırar”, - deyə ekspert bildirib.

Mərcanə Əsədova

Xəbər lenti