Logo

"Kifayət qədər təcrübəyə malik olan müəllimi narahat etməyə nə lüzum var?"

22.06.2023 17:12 614 baxış
IMG

"Yaşı 60 və 60-dan yuxarı olan müəllimlərin sertifikasiyadan azad olunub-olunmaması və bu kimi məsələlər qabaqcadan qaydalarda öz əksini tapmalı idi ki, hətta Milli Məclis səviyyəsində bu qədər əlavə müzakirələ yol açmayaydı".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov bildirib.

O qeyd edib ki, Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinin məlumatına əsasən, yaşlı təhsilverənlərin iyunun 20-dən 24-dək keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur:

"Hələ ki, Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub. Bununla bağlı bizə yaxın müddətdə ətraflı məlumat veriləcəyi barədə deyilən vədin nəticələrini gözləmək qalır. O ki qaldı sözügedən məsələyə, mənim subyektiv yanaşmama, hesab edirəm ki, əgər müəllimin peşəkarlıq səviyyəsinə və peşə yararlılığına sertifikasiya vasitəsilə qiymət verilirsə, yaşa konkret məhdudiyyətlərin qoyulmasına nə ehtiyac var? Qaydalara əsasən sertifikasiya hər 5 ildən bir keçirilir və Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65-dir. Bu aralıqda yaşlı və kifayət qədər təcrübəyə malik müəllimi narahat etməyə nə lüzum var?"

Kənan Nağıbəyli

Xəbər lenti