Logo

"Övladlarımızı səriştəsi, biliyi, çalışqanlığı olan öyrətməlidir"

22.06.2023 13:30 250 baxış
IMG

"Kimin səriştəsi, biliyi, çalışqanlığı yerindədirsə, onlar övladlarımızı öyrətməlidir".

Tehsil.biz xəbər verir ki, bu sözləri təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.

O, ixtisasını bilməyənlərin sistemdən uzaqlaşdırılmalı olduğunu bildirib:

"Kimin səriştəsi, biliyi, çalışqanlığı yerindədirsə, onlar övladlarımızı öyrətməli, ixtisasını bilməyən, öyrənməyi də bacarmayan sistemdən uzaqlaşdırılmalıdır. Bir məsələni isə xüsusi qeyd etmək istəyirəm. Bu mənim Elm və Təhsil Nazirliyindən gözləntimdir. Nazirlik sertifikatlaşmaq üçün müəyyən kurslar almaq istəyən müəllimləri maliyyə ilə və ya birbaşa təlim kursu ilə dəstəkləməlidir. Hazırda isə müəllimlərin bir qismi xeyli vəsait xərcləyərək bunu edir. Bu təlim kursu asinxron təlim videoları ilə ola bilər. Beləcə dayanıqlılıq təmin olunar".

Mərcanə Əsədova

Xəbər lenti