Logo

Sertifikasiyadan 60 bal yığan müəllim: "Sağ əlim həmkarlarımın başına..."

21.06.2023 16:38 855 baxış
IMG

"Sertifikasiyaya münasibətim çox yaxşıdır, o mənada ki, bərabərlik prinsipindən uzaqlaşmaq lazımdır. Əgər indi cavan müəllim görəndə ki, yaxşı nəticə əldə edənə dövlətimiz, cəmiyyətimiz qiymət verir, təbii ki, o da öz işinə can yandıracaq".

Bunu "Tehsil.biz"ə açıqlamasında ötən gün müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edərək 60 bal toplayan Salyan rayonunun Salman Cəfərov adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyeva deyib.

O bildirib ki, son zamanlar dövlətimizin bu sahədə gördüyü ən vacib işlərdən biri elə sertifikasiyadır:

"Savadlı şəxsləri, öz peşəsinə ürəkdən can yandıranları işə götürmək üçün vacıb yollardan biri budur. Mən də eşidirəm ki, bəziləri səhhəti ilə bağlı, bəziləri yaşla bağlı sertifikasiyanın əleyhinədirlər. Elə düşünürəm ki, buna da bir çıxış yolu taparlar..Artıq yaşlı müəllimləri könüllülük prinsipi ilə sertifikasiyaya cəlb etmək haqqında söhbət gedir. Mən çox hazırlaşırdım. Vaxtım olan kimi öz üzərimdə çalışırdım. Hədəfim 51-dən çox bal yığmaq idi. Neçə müddətdir deyə bilmərəm, amma daim öz üzərimdə çalışıram. Bunun səbəbi təkcə sertifikasiya deyil. Həmkarlarıma da uğurlar arzulayıram, necə deyərlər, sağ əlim onların başına".

Mərcanə Əsədova

Xəbər lenti