Logo

Şagirdlərimiz Avropa Fizika Olimpiadasında uğur qazanıblar

21.06.2023 16:26 1029 baxış
IMG

Almaniyanın Hannover şəhərində Avropa Fizika Olimpiadası təşkil edilib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, 5 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 1 gümüş, 1 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.

Onlardan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Abdulkərim gümüş medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Uğur Əzim bürünc medal, Quba rayonu Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Murad İsmayılov isə həvəsləndirici mükafat qazanıb.

Qeyd edək ki, məktəblilərimiz sözügedən olimpiadada 2018-ci ildən etibarən iştirak edirlər və bu günə kimi 2 gümüş, 9 bürünc medal, 6 həvəsləndirici mükafat əldə ediblər.

Xəbər lenti