Logo

Məktəblər necə idarə olunmalıdır? - AÇIQLAMA+FOTO

21.06.2023 10:44 439 baxış
IMG

"Məktəblərin idarəolunması demokratik prinsiplərə əsaslanmalıdır".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.

O bildirib ki, demokratik idarəetmə müəllimin, texniki işçinin, kitabxanaçının iştirak etdiyi, hamının fikrinə hörmət qoyulduğu, hamının fikirlərinin alındığı, rəhbərliyin menecerlərdən yox, liderlərdən ibarət olduğu bir idarəertmə olmalıdır:

"Rəhbərlik sadəcə başqalarının fikirlərini yerinə yetirən şəxs olmamalıdır. Əlbəttə, məktəblər təhsil idarələrinə bağlıdır və onların tələblərinə əməl etməlidirlər, lakin məktəblərin bir avtonomiyası olmalıdır ki, onlar innovasiyaları yeniləyə, islahatlar keçirə bilsinlər. Ona görə də məktəblərin hal-hazırda güclü liderlərə, işini bilən, səriştəli, dəyərləri olan, peşəkar etikaya uyğun davranan menecerlərə ehtiyacı var. Bunlar olduqda əlbəttə ki, məktəbin uğurları artacaq, həmçinin hər kəs canla-başla özünü işə həsr edəcək".

Mütəxəssis ölkəmizdə bu cür məktəblərin olduğunu bildirib:

"Belə məktəblərin sayı barmaqla sayılacaq qədərdir. Mən hazırkı idarəetmə sistemindən struktur olaraq razıyam, keyfiyyət baxımından yox. Çünki məktəb direktorları arasında liderlik bacarıqları olan çox az şəxs var. Mövcud məktəb direktorlarının idarəetmə bacarıqları ürəkaçan deyil. Bəzilərini işdən uzaqlaşdırıb yerinə yeni direktorlar təyin etməliyik. Bəzən buna görə də mənfi hallar baş verir".

Kənan Nağıbəyli

Xəbər lenti