Logo

Çində təhsil hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

20.06.2023 10:13 235 baxış
IMG

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq ümumilikdə 20 nəfər Azərbaycan Respublikası vətəndaşı 2023-2024-cü tədris ili üzrə bu ölkənin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində sözügedən 20 nəfər bu ölkənin “Shangai University”, “Tsinghua University”, “Shangai Jiao Tong University”, “Donghua University”, “Xian Jiaotong University”, “TianJin Medical University”, “Beijing Institute of Technology” kimi ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Qeyd olunan şəxslərdən 2 nəfəri bakalavriat, 17 nəfəri magistratura, 1 nəfəri isə doktorantura səviyyələri üzrə genetika, ictimai səhiyyə, kompüter elmləri və texnologiyası, biznesin idarəedilməsi, hüquq, iqtisadiyyat və idarəetmə, maliyyə ixtisaslarında təhsil alacaq.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 23 noyabr 2022-ci il tarixində elan verilib.

Xəbər lenti