"Sertifikasiya işə.qəbul və ya hər hansı müsabiqə deyil".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, sertifikasiya müəllimlərin peşə yararlılığını, peşəkarlığını yoxlayan prosedurdur:
"İnanaq ki, sertifikasiya olunan müəllimlər sübut edəcəklər ki, onlar təsadüfən bu peşəyə gəlib düşməyiblər və peşələri ilə bağlı minimal bilik və bacarıqlara malikdirlər. Biz sertifikasiyanı Ukraynadan götürdük. Halbuki Qazaxıstan modeli daha uyğun idi və özünü doğrultmuşdu. Orada keçid balı 60 % -dir".
Kənan Nağıbəyli