Logo

Xaricdə təhsil üzrə Dövlət Proqramına qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

19.06.2023 19:18 256 baxış
IMG

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın 6.1-ci bəndində verilən prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər təqaüd üçün müraciət edə biləcəklər.

Bu barədə "Tehsil.biz"​​​​​​ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənəd qəbulu 14 iyul 2023-cü il tarixinədək davam edir.

Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz. Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur

Xəbər lenti