Logo

Əl-Biruni Beynəlxalq Kimya olimpiadasında qazanılan uğur - FOTO

19.06.2023 12:10 469 baxış
IMG

11-18 iyun 2023-cü il tarixlərində Özbəkistanın Xivə şəhərində Əl-Biruni adına I Beynəlxalq Kimya Olimpiadası keçirilib.

Tehsil.biz xəbər verir ki, olimpiadada 16 ölkədən məktəblilər iştirak ediblər.

Ölkəmiz sözügedən yarışda 4 məktəbli ilə təmsil olunub. 

Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin X və XI sinif şagirdləri Nihad Hacızadə və Dəniz Səttarlı, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə olimpiadada uğurla çıxış edərək bürünc medal qazanıblar.

Xəbər lenti