"Bu il bir neçə məktəbin buraxılış tədbirində oldum. Az qala, hər şagirdin əlində iki dəstə çiçək vardı. Məktəb rəhbərliyinin, müəllimlərin də qucaqları çiçək dəstələri ilə dolmuşdu. Yaxın qohumlar da çiçək alıb gəlmişdi. O çiçək dəstələrinin hər biri 50 manatdan baha olar, ucuz yox".
Tehsil.biz xəbər verir ki, bunları "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bildirib.
O, özünün də çiçək sevdiyini, amma bu aşırı bədxərcliyi anlaya bilmədiyini qeyd edib:
"Mənim 30 illik naşirlik təcrübəmdə yalniz bir neçə dəfə məktəblər son zəng üçün kitab- ensiklopediya alıblar. Sonra da "əşi, kitab oxuyan yoxdur" deyib gileylənirlər. Məktəbə gedəndə çiçək al, ad günlərinə çiçək al, məktəb tədbirlərinə çiçək al... Əgər kitab həyatınızın önəmli anlarında ağlınızda deyilsə, demək heç zaman oxunulmayacaq".
Kənan Nağıbəyli