"Gənc Müəllimlərin Forumunda bütün respublikanın gənc müəllimləri iştirak etsəydilər və buradakı abhavanı görsəydilər, düşünürəm ki, onlar da bu şəbəkənin bir üzvü olardılar".
Bunu "Tehsil.biz"ə Biləsuvar Peşə liseyinin direktoru Əliheydər Əlifli deyib.
Direktor bildirib ki, 2013-cü ildə müəllimlərin işə qəbulu nəticələri ilə məktəbə qəbul olan müəllimlər Azərbaycanın təhsil həyatında bir fərq yaradıblar:
"Təbii ki, təcrübəli müəllimlərin də Azərbaycan təhsilində böyük əməyi var, lakin gənc müəllimlərimizin istər metodda, istər özlərinin nailiyyətləri göz önündədir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimlərin sosiallaşmasında önəmli addımlar atır. Mən forumun təşkilatçılarına təşəkkürümü bildirirəm".
Kənan Nağıbəyli