Logo

Təhsil eksperti: "Təhsilimiz fəlakətli haldadır"

17.06.2023 09:54 298 baxış
IMG

"Həqiqətən də təhsilimiz fəlakətli haldadır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti İlham Əhmədov deyib.

O bildirib ki, təhsilimiz son illərdə daha da pis hala düşüb:

"Qarabağ məsələsəni strateji müttəfiqimiz olan qardaş Türkiyənin siyasi dəstəyi ilə 44 günə əsasən həll edə bildik. Amma təhsilimizi nə 44 günə, nə 44 aya həll etmək mümkündür. Buna bəlkə heç 10 il də kifayət eməyəcək təhsildəki bu idarəetmə ilə".

Ekspert qeyd edib ki, məktəbi zəif olan ölkənin normal universiteti ola bilməz:

"Universiteti normal olmayan ölkənin isə güclü  iqtisadiyyatı ola bilməz. Məktəb  məzunlarımızın  70 % -i 150 baldan az yığır. 700 baldan 150 bal 20 % bal deməkdir. 5 ballı sistemlə bu 1 qiymətdir. Bizim məktəbli olduğumuz illərdə şagirdlərin 70 % 1 qiymət alsaydı, həmin təhsil nazirini yəqin ki, çox ciddi cəzalandırardılar".

Kənan Nağıbəyli

Xəbər lenti