Logo

MİQ-də şəhid ailələrinin üzvlərinə hansı güzəşt nəzərdə tutulub?

16.06.2023 22:00 613 baxış
IMG

Müəllimlərin işə qəbulu müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

Tehsil.biz xəbər verir ki, namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək.

Şəhid ailəsinin üzvü olan şəxs qeydiyyatdan keçərkən tələb olunan sənədləri - şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənədin və ya vəsiqənin surətini, həmçinin şəhid ailəsinin üzvü olduğunu təsdiq edən doğum haqqında şəhadətnamənin və nikah haqqında şəhadətnamənin surətini vahid bir faylda toplayaraq pdf variantda müvafiq xanaya yükləməlidir.

Xəbər lenti