Logo

Ekspert: "Məktəb direktorlarının təyinatı qaydalarında dəyişiklik edilməlidir"

16.06.2023 19:22 323 baxış
IMG

"Məktəb direktorlarının kütləvi şəkildə işdən çıxarılması keçən dövr ərzində də özünü doğrultmadı. Neqativ hallar kütləvi hal alıb və bu, belə də davam edir".

"Tehsil.biz"in məlumatına görə, bunu təhsil eksperti Elşən Qafarov bildirib.

Onun sözlərinə görə, ümumilikdə nəzarət sistemi gücləndirilməlidir:

"Məktəb direktorları təyinat zamanı çox ciddi yoxlamalardan keçirilməlidir və qaydalarda dəyişikliklər edilməlidir. Əvvəla, ən azı 2-3 il müavin işləyən və vəzifəsini yaxşı icra edən şəxslər arasından direktor seçilməlidir. İşə qəbul imtahanı bir neçə mərhələdən ibarət olmalıdır. Onların kommunikativ bacarıqları, psixoloji durumu, təhsil və əmək qanunvericiliyi bilikləri yoxlanılmalıdır, məktəb işi ilə bağlı ən azı 5 kitab oxuması şərt kimi qoyulmalıdır. İşdən çıxarılan məktəb direktorları haqqında hansı səbəbdən bu addımın atıldığı barədə ictimaiyyətə məlumat verilməlidir. Öz işini mükəmməl görənlər də mükafatlandırılmalıdır".

Xəbər lenti