Logo

Ekspert: "Dərslər sentyabrın 15-i yox, 1-i başlamalıdır"

16.06.2023 15:54 266 baxış
IMG

"Dərs ilinin başlanma vaxtının 15 gün irəli çəkilməsinin təhsilin keyfiyyətinə müsbət təsirindən çox mənfi təsirləri olub".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov deyib.

Ekspert buna görə də dərslərin sentyabrın 1-dən başlanması təklifini dəstəklədiyini bildirib:

"Tədris ilinə sentyabrın 1-dən başlanılması sovet dövründən qalma ənənə hesab olunduğu üçün dəyişdirildi. Ancaq bunu o dövrün ənənəsi hesab edib dəyişmək doğru qərar deyil. Bu illər ərzində biz bu dəyişikliklə elə bir nailiyyət də əldə etmədik, şagirdlərin dərs yükü də azalmadı. Elm və Təhsil Nazirliyinin dərs ilinin başlanma və başa çatma vaxtının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə təklif verməlidır. Dərslər sentyabrın 15-i yox, 1-i başlamalıdır".

Xəbər lenti