Logo

Sertifikatlaşdırmada kimlər iştirak etməyəcək? - SİYAHI

16.06.2023 14:36 1584 baxış
IMG

Sertifikatlaşdırma dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə həyata keçirilir.

Tehsil.biz xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik şəxslər sertifikatlaşdırma prosesində
iştirak edirlər.

Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

- hamilə qadınlar;

- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

- ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;

- azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

 

Xəbər lenti