Logo

Şagirdlərin elektron yerdəyişməsi portalında valideyn qeydiyyatdan keçmək üçün nə etməlidir?

16.06.2023 14:23 282 baxış
IMG

Valideyn (qanuni nümayəndə) sy.edu.az portalına daxil olub, “qeydiyyat” bölməsini 
seçdikdən sonra ilk olaraq özünü qeydiyyatdan keçirir.

Tehsil.biz xəbər verir ki, bunun üçün şəxsiyyət vəsiqəsinin FİN kodunu yazıb, “Mən robot deyiləm” düyməsini işarələyib “Yoxla” düyməsini vurur. 

Məlumatların düzgünlüyünü yoxlayıb “TƏSDİQ ET” düyməsini vurur. Daha sonra əlaqə nömrəsini daxil edir və təsdiqləyir, nömrəyə göndərilən 4 rəqəmli şifrəni ekranda göstərilən müvafiq sahəyə daxil edib təsdiqlədikdən sonra “İrəli” düyməsini sıxır.

Bu mərhələdə valideyn tərəfindən kabinetə şifrə təyin edilməsi tələb olunur. Valideyn şifrəni daxil etdikdən sonra kabinet yaranır. Açılan səhifədə “Şagird əlavə et” bölməsinə daxil olub övladının FİN kodunu və yaxud ÜTİS kodunu yazıb, şagirdin oxuduğu rayonu və məktəbi seçib “Yoxla” düyməsini vurur. Tapılan məlumatların düzgünlüyünü yoxladıqdan sonra “Yadda saxla” 
vurub şagirdi kabinetə əlavə edir.

Xəbər lenti